Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Utrext" baş məşqçi Entoni Korreya ilə əməkdaşlığa son qoyub. Sport24.az Niderland klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə birlikdə onun köməkçisi Gertyan Tamerus da klubdan ayrılıb.
Bu qərar komandanın mövsümün əvvəlində göstərdiyi qənaətbəxş olmayan nəticələrlə bağlıdır. Korreyanın rəhbərliyi altında keçirilən 14 rəsmi oyunda "Utrext" cəmi dörd qələbə qazana bilib və hazırda Niderland çempionatında 15-ci pillədə qərarlaşıb.
Korreya komandaya bu yay "Telstar" klubundan gəlmişdi.
Qeyd edək ki, "Utrext"in gənclərdən ibarət komandasına rəhbərlik edən 41 yaşlı Mark Otten müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək. Klub rəhbərliyi artıq daimi baş məşqçi axtarışına başlayıb.