Niderland klubu Fənərbaxça dan 25 milyon avro tələb edir

15.11.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "AZ Alkmar"dan çıxış edən Troy Perrottdur. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Niderland klubu irlandiyalı futbolçu üçün 25 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "AZ Alkmar" Troy Perrottu 2024-cü ilin yayında "Tottenhem"dən transfer edib. 23 yaşlı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью