Niderland klubu yeni transferini helikopterlə birbaşa stadiona gətirərək təqdim edib

21.07.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Feyenoord" "Porto"dan transfer etdiyi Qonsalo Borjesi helikopterlə birbaşa stadiona gətirərək təqdim edib.

İdman.biz xəbər verir ki, Niderland klubu portuqaliyalı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Transfer məbləği 10 milyon avro təşkil edir. “Porto” əlavə olaraq 1 milyon avro bonus da qazana bilər. Bundan başqa, Portuqaliya klubu gələcək satışdan 15% pay alacaq.

24 yaşlı portuqaliyalı "Benfika" akademiyasının yetirməsidir, lakin 14 yaşından "Porto"ya keçib. "Əjdahalar”ın əsas komandasında 88 oyunda meydana çıxaraq 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью