Niderland klubundan nümunəvi addım

05.10.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderlandın PSV klubu ölkə çempionatında “Herenven”ə qarşı keçirəcəyi növbəti matça xüsusi forma ilə çıxacaq.

Futbolpress.az xəbər verir ki, Eyndhoven təmsilçisi bu addımı klubun əfsanəsi Koen Dillenin 100 illik yubileyinə həsr edib.

1990-cı ildə vəfat edən əfsanəvi hücumçu 1956/57 mövsümündə Erediviziyada 43 qol vuraraq möhtəşəm rekorda imza atıb. Niderland futbolunda hücumçuların yüksək məhsuldarlığı hələ də “Koen Dillen indeksi” ilə ölçülsə də, PSV əfsanəsinin rekordunu qıran tapılmayıb.

“Herenven”lə görüşdə PSV futbolçuları Dillenin “Filips” stadionundakı parlaq illərindən ilhamlanan geyimdə mübarizə aparacaqlar. Həmin qarşılaşma üçün klubun formasında həmin dövrün tarixi loqosu bərpa olunacaq. Həmçinin nömrələr üçün xüsusi şrift hazırlanıb və 1950-ci illərin stilinə uyğun olaraq köynəklərin arxasında futbolçuların adları yazılmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью