Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Niderland millisi Özbəkistanı çətinliklə məğlub etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
DÇ-2026-nın iştirakçıları olan Niderland və Özbəkistan milli komandaları yoxlama oyununda üz-üzə gəliblər.
QOL.az xəbər verir ki, Nyu-Yorkda baş tutan görüş dramatik sonluqla yekunlaşıb.
Niderland yığması azlıqda qaldıqdan sonra 90+2-ci dəqiqədə qapısında qol görüb. Buna baxmayaraq, son saniyələrdə “narıncılar” qələbə qolunu vurmağa müvəffəq olublar.
Niderland - Özbəkistan - 2:1
Qollar: Qakpo, 32-pen. (1:0), Sergeyev, 90+2 (1:1), Qakpo, 90+7-pen. (2:1)
Qırmızı vərəqə: Til, 87 (Niderland)
Qeyd edək ki, bu, komandaların mundial öncəsi son yoxlama görüşü idi. Niderland yığması dünya çempionatında ilk oyununu iyunun 15-də Yaponiyaya, Özbəkistan isə iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək.