Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Dünya futbolunda növbəti böyük və səs-küylü ayrılıq rəsmiləşib.
Fanat.Az xəbər verir ki, Niderland milli komandasının baş məşqçisi Ronald Kuman 2026-cı il Dünya Kubokunda yaşanan erkən və gözlənilməz vidanın ardından vəzifəsindən ayrıldığını elan edib.
63 yaşlı təcrübəli mütəxəssis öz sosial şəbəkə hesabından etdiyi rəsmi açıqlamada "Portoqallar"dakı ikinci dövrünün bu cür acı bitməsindən böyük xəyal qırıqlığı yaşadığını və baş məşqçi kimi bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Qeyd edək ki, Niderland yığması turnirin F qrupunu Yaponiya ilə bərabərlik (2-2), İsveç (5-1) və Tunis (3-1) üzərindəki darmadağın qələbələrlə lider bitirsə də, son 32 mərhələsində hər kəsi şoka salıb. Monterrey şəhərində baş tutan həmin dramatik qarşılaşmada Mərakeşə penaltilər seriyasında uduzan komanda Dünya Kuboku ilə vaxtından əvvəl vidalaşmalı olub.
Bununla da 1 yanvar 2023-cü ildən bəri millini çalışdıran Kumanın Niderland futbolundakı ikinci rəsmi dövrü rəsmən qapanıb.