Niderland millisinin üzvü iki ay meydana çıxa bilməyəcək | Icma.az
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland millisinin və Almaniyanın "Bayer 04" klubunun qapıçısı Mark Flekken təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Sport24.az xəbər verir ki, buna 32 yaşlı qolkiperin "Hoffenhaym"a uduzduqları (0:1) Bundesliqanın oyununda zədələnməsi səbəb olub.
Tibbi müayinədən sonra futbolçuya sağ dizində bağın yırtılması diaqnozu qoyulub.
Bu isə o deməkdir ki, oyunçu təxminən iki ay meydana çıxa bilməyəcək. Qeyd edək ki, Mark Flekken cari mövsüm 26 matçda iştirak edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu