Niderland millisinin üzvü Tottenhem də RƏSMİ

29.08.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Tottenhem" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Leypziq"dən Xavi Simonsu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Tottenhem" niderlandlı hücumameyilli yarımmüdafiəçi üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyəcək. 22 yaşlı futbolçu londonlularla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Xavi Simons ötən mövsüm "Leypziq"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью