Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Niderland qızıllarını ABŞ-dan Londona daşıyır.
Banco.az xəbər verir ki, Niderland Mərkəzi Bankı qızıl ehtiyatlarını Londona köçürmək üçün hərəkətə keçib.
Mart-avqust ayları arasında Nyu-York və Ottavadan Londona təxminən 86 ton qızıl daşınıb. Bununla da Böyük Britaniyanın paytaxtı Niderlandın ümumi qızıl ehtiyatlarının ən böyük hissəsinin saxlanıldığı mərkəzə çevrilib.
Niderland Mərkəzi Bankının rəhbəri Olaf Sleypen bildirib ki, ehtiyatların yenidən yerləşdirilməsi ilə qızılın ticarət üçün əlçatanlığını və likvidliyini artırırlar.
Sleypen qeyd edib: “Ümid edirik ki, bu ehtiyatlardan heç vaxt istifadə etməli olmayacağıq. Lakin dayanıqlılığımızı və böhranlara hazırlıq səviyyəmizi gücləndirməliyik.”
Bizi sosial şəbəkələrdən izləyin!!