Niderland səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Avqustun 29-da Şəkinin dağlıq ərazisində xoşagəlməz hadisə ilə üzləşmiş Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunması ilə bağlı Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.
Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Xüsusilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə çətin dağlıq relyef və qaranlıq hava şəraitində həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində göstərilən ilkin tibbi yardıma görə təşəkkür edirik. Eyni zamanda, Şəki Rayon Mərkəzi Xəstəxanası və paytaxtda yerləşən Yeni Klinika tərəfindən göstərilən tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni yüksək qiymətləndiririk", məlumatda deyilir.
Səfirlikdən bildirilib ki, bu hadisə zamanı aidiyyəti qurumların çevik və əlaqələndirilmiş fəaliyyəti Niderland vətəndaşının təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью