Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

28.10.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq.

Axar.az xəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib.

Onun sözlərinə görə, paket ölkənin ən təxirəsalınmaz ehtiyaclarının qarşılanmasına, infrastrukturun bərpasına və Niderland biznesləri üçün imkanların genişləndirilməsinə yönəlib.

Əsas priotitet energetika, içməli suyun təmin olunması və biznesin dəstəklənməsi olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью