Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq

04.06.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderland hökuməti Ukraynanın dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 400 milyon avro dəyərində növbəti yardım paketini ayırmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat yayıb.

Yardım paketi çərçivəsində Ukraynaya 100-dən çox müxtəlif tipli gəmilər təqdim ediləcək.

Nazir əlavə edib ki, paketə həmçinin 50-dən artıq pilotsuz dəniz aparatı, sensorlar və ehtiyat hissələri də daxil olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью