Niderland yığmasında yeni baş məşqçi

14.08.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Niderland yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. Milli komandanın mətbuat xidmətinin xəbərinə görə, bu vəzifəyə Xavi Ernandes təyin olunub.

İspaniyalı mütəxəssislə müddəti 2030-cu ildə keçiriləcək dünya çempionatına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Xavi bu vəzifədə DÇ-2026-dan sonra istefa verən Ronald Kumanı əvəzləyib.
İspaniya yığmasının sabiq yarımmüdafiəçisi 2019-21-ci illərdə “Əl-Sədd”i (Qətər) çalışdırıb. O, 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”nın baş məşqçsi olub. Kataloniya klubu Xavinin rəhbərliyi altında İspaniya La Liqasının və İspaniya Superkubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью