Niderland yığmasının iki futbolçusu Millətlər Liqası matçını buraxacaqlar

18.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Niderland yığmasının iki futbolçusu Millətlər Liqasında Bosniya və Herseqovinaya qarşı matçda iştirak etməyəcəklər.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ronald Kuman açıqlama verib.

O, Vircil van Deyk və Frenki de Yonqun sözügedən oyunda meydana çıxmayacaqlarını söyləyib.

Mütəxəssis tibbi səbəblərə görə bu qərarın verildiyini bildirib.

Qeyd edək ki, Bosniya və Herseqovina - Niderland qarşılaşması noyabrın 19-da baş tutacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью