Niderlandda 12 nəfərlə oynayan komanda qol vuraraq xal qazandı

02.02.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Niderland Erediviziyasının 21-ci turunda "Herenven"-"Fortuna" matçında qeyri-adi hadisə baş verib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan "Fortuna" meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib - 2:2.

Bu epizod "Herenven"in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью