Niderlandda 700dən çox fəal həbs olundu

12.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Niderlandın Haaqa şəhəri yaxınlığında 700-dən çox iqlim fəalı həbs edilib, polis onları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Teleqraf.com xəbər verir ki, saxlanılan 12 nəfər iğtişaş və zorakılıq kimi cinayət əməllərində ittiham olunaraq polis bölmələrinə aparılıb.

Avtomobil yolunu bağlayan bir çox nümayişçi avtobusla şəhərdən çıxarılıb və günün sonunda sərbəst buraxılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью