Niderlandda aviabazanı partlatmaqla hədələyən şəxs saxlanıldı

30.09.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, saxlanılan şəxs aviabazanın girişində paket qoymağa cəhd edib və hərbçilərə onun içərisində bomba olduğunu bildirib.

Niderland Müdafiə Nazirliyinin Partlayıcı Qurğuların Zərərsizləşdirilməsi Xidmətinin mütəxəssisləri hadisə yerinə cəlb olunublar.

Məlumata görə, həmin şəxs yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 17:30) saxlanılıb.

Hazırda onun gətirdiyi paketin içərisindəki maddələr araşdırılır.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью