Niderlandda güclü partlayış olub itki var

14.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Dünən Niderlandın Rotterdam portunda güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb.

Olay "Gunvor" energetika kompaniyasının müəssisələrinin birində təmir zamanı yaşanıb.

Qeyd edək ki, hadisə yerində xilasedicilər işləyir. Partlayışın dəqiq səbəbləri araşdırılır. Yaralıların tam sayı da bəlli deyil.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью