Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub

16.07.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – "faktiki su qıtlığı" rejimi elan edib.

RTL telekanalının məlumatına görə, qərar Milli Su Ehtiyatlarının Bölüşdürülməsi üzrə Koordinasiya Komissiyasının tövsiyəsi əsasında qəbul olunub.

Bildirilib ki, bununla əlaqədar texniki məhdudiyyətlər tətbiq edilir, bəndlərin işi tənzimlənir, əlavə nasos stansiyaları hazırlanır və şlüzlərin açılma tezliyi azaldılır.

Ölkənin bəzi bölgələrində kanallardan, çaylardan və yeraltı mənbələrdən su götürülməsi qadağan edilib. Bununla yanaşı, əhalinin içməli su ilə təminatının sabit qaldığı qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью