Niderlandda parlamentə növbədənkənar seçkinin keçiriləcəyi tarix məlum olub

06.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Niderlandda növbədənkənar parlament seçkisi oktyabrın 29-da keçiriləcək.

Oxu.Az "Algemeen Dagblad" nəşrinə istinadən xəbər verir ki, bu barədə Niderlandın daxili işlər naziri vəzifəsini icra edən Yudit Autermark məlumat verib.

Qeyd edək ki, Niderlandda ifrat sağçı Azadlıq Partiyasının sədri Gert Vilders bildirib ki, onun partiyasında miqrasiya ilə bağlı fikir ayrılığı yarandığından partiya hökuməti tərk edir. Bu hadisə hökumətin dağılmasına və növbədənkənar seçkinin keçirilməsinə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью