Niderlandda poulu Maklaren pilotu qazanıb

30.08.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Formula-1 üzrə dünya çempionatında Niderland Qran-prisinin təsnifat mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Oskar Piastri poula sahib çıxıb.

Avstraliyalı sürücü sabah əsas yarışa ilk sıradan start verəcək. Onu komanda yoldaşı Lando Norris və "Red Bull"dan Maks Ferstapppen izləyəcək.

Qeyd edək ki, sürücülər yarışında da sıralama eyni qaydadır. Piastri (284 xal) ilk, Norris (275) ikinci və Ferstappen (187) isə üçüncü pillədə qərarlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью