Niderlandda qaz kommunal xidmətlərinin haqları 30% artacaq

27.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Niderlandın elektrik şəbəkəsi operatoru Stedin 2027-ci ildə məişət qazından istifadə haqqını 30%, standart qoşulmalar üçün isə elektrik enerjisindən istifadə haqqını 17% artıracaq.
Newscenter.az xəbər verir ki, bu barədə RTL televiziya kanalı məlumat verib .
Məlumata görə, bu, qaz və elektrik enerjisi istehlakından asılı olmayaraq tutulan sabit bir ödənişdir. Stedin əsasən Cənubi Hollandiya, Utrext və Zelandiya əyalətlərindəki şəbəkələrə xidmət göstərir. Müştərilərə qaz şəbəkəsindən istifadə üçün illik ödəniş təxminən 83 avro, elektrik şəbəkəsindən istifadə üçün isə 80 avro artacaq. Hər iki şəbəkəyə qoşulmuş ev təsərrüfatları ayda təxminən 14 avro daha çox pul ödəyəcəklər.
Yanvar ayından etibarən əsasən Şimali Hollandiya, Gelderland, Friesland və Flevoland əyalətlərində fəaliyyət göstərən operator Liander də tarifləri artıracaq. Müştərilərinin elektrik şəbəkəsi haqları 25% və ya ildə 104 avro artacaq. Qaz şəbəkəsi haqları isə 11% və ya ildə təxminən 29 avro artacaq.
Cavid İmaməliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью