Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Nəhayət, Mark-Andre ter Ştegenin yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın qapıçısı karyerasını Niderlandda davam etdirəcək. İnsayder Fabritsio Romano 34 yaşlı qolkiperin “Ayaks”a keçidi ilə bağlı razılıq əldə olunduğunu, tərəflərin 2027-ci ilin yayına qədər nəzərdə tutulan icarə müqaviləsi imzalayacaqlarını bildirib. “Ayaks” rəhbərliyi futbolçunun maaşının böyük hissəsini öz üzərinə götürəcək.
Ter Ştegen “Barselona”da 2014-cü ildən çıxış edir. O, 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib. Alman futbolçunun zədə səbəbindən yalnız iki oyunda meydana çıxdığını da bildirək.