525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderlandın Gelderland əyalətində ağır qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yük maşını qatar yolunda ilişib qalıb. Bu zaman sürətlə gələn sərnişin qatarı yük maşınına çırpılıb.
Anbaan kameralara düşən qəza zamanı ümumilikdə 5 nəfər - yük maşınının sürücüsü və göyərtəsində olan 4 nəfər xəsarət alıb.
Hadisə şahidi bildirib ki, döngə çox dar olduğundan yük maşını keçiddə ilişib qalıb.
Dəmiryol operatoru “ProRail” qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
İbrahim Cəfərov