Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

28.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

Niderlandın paytaxtı Amsterdamda Soyuq müharibə dövrünə aid, 80 nəfərlik sığınacaq kimi nəzərdə tutulmuş bunker 300 min avroya satışa çıxarılıb. Əmlakı almaqda artıq 120 nəfər maraqlı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.

Daşınmaz əmlak agentliyinin nümayəndəsi Hero Panmanın sözlərinə görə, 1940-cı ildə kanalizasiya nasos stansiyası kimi inşa edilən bina 1960-cı ildə sığınacağa çevrilib. O, hava şlüzü və 30 santimetr qalınlığında beton divarlarla təchiz olunub, elektrik, su və internetlə təmin edilib.

Bununla belə, binanın hansı məqsədlərlə istifadə edilə biləcəyi hələ dəqiq müəyyənləşdirilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью