futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Niderland yığmasının yeni baş məşqçisinin kimliyi bəlli olub.
Futbolpress.az istinadən xəbər verir ki, Niderland Kral Futbol Federasiyası komandanı Xavi Ernandesə həvalə edib.
İspaniyalı çalışdırıcı ilə DÇ-2030-un sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Xavi bu postda DÇ-2026-dan sonra millidən ayrılan Ronald Kumanı əvəzləyib.
İspaniya yığmasının və “Barselona”nın sabiq ulduzu məşqçilik karyerası ərzində 2019–2021-ci illərdə Qətərin “Əl-Sədd” klubuna rəhbərlik edib. 2021–2024-cü illərdə isə “Barselona”nın baş məşqçisi kimi çalışan mütəxəssis Kataloniya təmsilçisi ilə İspaniya La Liqasının və ölkə Superkubokunun qalibi olub.