Niderlandın Baş naziri Ukraynaya gedib

06.10.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın Baş naziri Dik Sxoof Kiyevə səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

O, Mixaylovsk meydanında həlak olmuş ukraynalı döyüşçülərin xatirəsini yad edib.

“Biz Niderlandın Baş Naziri Dik Sxoof ilə birlikdə həlak olmuş ukraynalı müdafiəçilərin xatirəsini yad etdik. Azadlığımızı qoruyanların və onların qəhrəmanlıqlarının xatirəsini minnətdarlıqla saxlayırıq. Ukraynanın müstəqilliyini qazanan həlak olmuş müdafiəçilərin xatirəsi əbədi olsun. Hər birinə sonsuz təşəkkür”, – Zelenski qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью