Niderlandın iki futbolçusu son turu buraxacaq

18.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderland millisi UEFA Millətlər Liqasının VI turunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "narıncılar"ın iki futbolçusu görüşü buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ronald Kuman yerli mətbuata açıqlamasında deyib.

Vircil Van Dayk və Frenki de Yonq zədə səbəbindən matçda iştirak etməyəcək.

Bosniya və Hersqovina – Niderland oyunu noyabrın 19-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью