Niderlandın penalti kabusu davam etdi 3 mundialdır eyni aqibət

30.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb.

Apasport.az xəbər verir ki, Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb.

Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir:

DÇ-2014: Niderland - Argentina - yarımfinal
DÇ-2022: Niderland - Argentina - 1/4 final
DÇ-2026: Niderland - Mərakeş - 1/16 final

Qeyd edək ki, Niderlandın dünya çempionatlarında penaltilər istisna olmaqla uduzduğu son oyun DÇ-2010-un finalında İspaniyaya qarşı olub. Həmin görüşdə Niderland əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olmuşdu.

Vozinya Zoff və Şiltona çatdı - DÇ tarixində 3-cü oldu Seneqal tarix yazdı - Bunu edən ilk Afrika komandası oldu Dembelenin het-triki tarixə düşdü - 69 ildə 2-ci 24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью