Niderlandın vəliəhd şahzadəsi Katarina Amaliya hərbi təlim keçib

23.01.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Niderlandın vəliəhd şahzadəsi Katarina-Amaliya əsas hərbi təlim kursunu bitirib və kapral rütbəsi alıb.

"Report" xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.

Şahzadə Amaliya hərbi xidmətə daxil olan kral ailəsinin ilk qadın üzvüdür. O həmçinin hazırda atası, kral Villem-Aleksandrın taxt-tacına ilk namizəddir.

Hərbi rütbə aldıqdan sonra o, Müdafiə Nazirliyinin inzibati qərargahında təmənnasız işə başlayacaq.

Kral Villem-Aleksandr qızını 2025-ci il sentyabrın 30-da Silahlı Qüvvələrin ehtiyat əsgəri təyin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью