Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan ilə Niderland arasında siyasi dialoq son dövrlərdə kifayət qədər intensivləşib. Parisdə, Kopenhagendə və Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində tərəflər arasında təkbətək və geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə mühüm görüşlər keçirilib”.
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər intensiv inkişaf edir:
“Xarici işlər nazirlikləri və nazirlər səviyyəsində mütəmadi əsasda telefon danışıqları aparılıb, o cümlədən cari ilin iyun ayında xarici işlər nazirlərinin görüşü baş tutub. Bu təmaslar zamanı gələcək inkişaf perspektivləri, beynəlxalq formatlarda əməkdaşlıq imkanları və ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub, iki ölkə arasında bu cür ünsiyyətin mütəmadi şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. Gələn il Azərbaycan-Niderland əlaqələrinin 35 ili tamam olacaq. Bu çərçivədə bir çox sahəni əhatə edən Yol xəritəsi barədə razılıq əldə olunub”.