Niderlandlı futbolçu İngiltərə yolunda

19.07.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Leypsiq"in futbolçusu Xavi Simons bu yay komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə "Arsenal" və "Çelsi" yaxından maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, niderlandlı oyunçu "Leypsiq"in gələn mövsüm avrokuboklarda çıxış edə bilməməsinə görə klubu tərk etməyə müsbət yanaşır.

Qeyd edək ki,  Simons ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi oyunda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

"İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil" "Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub "Siti" yetirməsi üçün hərəkətə keçib Sanço Super Liqa yolunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью