Niderlandlı futbolçu MLS klubu ilə məşqə çıxır

17.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted"in sabiq müdafiəçisi Tayrel Malasiya karyerasını MLS-də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Niderlandlı futbolçu hazırda MLS klubu "Sinsinnati" ilə məşqlərə çıxır. Malasiya "Mançester Yunayted"dən ayrıldıqdan sonra karyerasını davam etdirəcəyi yeni klub axtarışındadır.
Qeyd edək ki, Tayrel Malasiya 2022-ci ildə "Feyenoord"dan "Mançester Yunayted"ə transfer edilmişdi. Niderlandlı müdafiəçi İngiltərə klubunda 47 oyuna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью