“Niderlandlı Hitler” şərti cəza alıb

29.11.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Biz hollandlar açıq danışırıq. Mən Adolf Hitlerə heyranam və füreri sevirəm”

Almaniya məhkəməsi “Niderlandlı Hitler” kimi tanınan niderlandlı Stefan Vikkampı nifrət qızışdırmaqda günahkar bilib və bir neçə ay şərti həbs cəzasına məhkum edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Vikkamp 19 iyul 2025-ci ildə Münsterdə keçirilən yürüşdə "Almaniyaya olan sevgisi Adolf Hitlerdir" deyə bəyan edib.

O, həmçinin onu "dünyanın misilsiz möcüzəsi", "parlaq" və "dahi" adlandırıb.

Vikkamp məhkəmədə tanınmış alman ifrat sağçı fəalı Saşa Krolziqin müşayiəti ilə şəxsən iştirak edib.

Təqsirləndirilən şəxsin vəkili prokurorun tələblərini "məntiqsiz" adlandıraraq müvəkkilinin bəraət almasını tələb edib.

Vikkamp son çıxışında yenidən Hitlerə heyranlığını açıq şəkildə ifadə edib.

"Biz hollandlar açıq danışırıq. Mən Adolf Hitlerə heyranam və füreri sevirəm", - deyə o bildirib.

Veykampa üç illik sınaq müddəti ilə səkkiz aylıq şərti həbs cəzası verilib. O, həmçinin 1000 avro cərimə və məhkəmə xərclərini ödəməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью