Niderlandlı mütəxəssis Dortmundda çalışmaq istəmir

24.01.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lui van Qal Dortmund "Borussiya"sında mümkün iş barədə sualı cavablandırıb. Sport24.az "Sky Germany"-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bu seçimin ona uyğun olmadığını bildirib:

"Xeyr, bu mənə uyğun seçim deyil. Mən indi yalnız milli komandada işləməyə hazıram".

Van Qalın Almaniya Bundesliqasında iş təcrübəsi var. O, 2009-2011-ci illərdə "Bavariya"nın "sükanı arxasında" olub.

Qeyd edək ki, "Borussiya" hazırda 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью