futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot karyerasını Avropanın top-liqalarında davam etdirməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb. Niderlandlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun marağına baxmayaraq, yaxın gələcəkdə Avropa futbolunda qalmağa üstünlük verir.
Daha əvvəl Arne Slotun Ronald Kumanın ayrılığından sonra Niderland millisinin baş məşqçisi postuna gətirilə biləcəyi barədə də xəbərlər yayılmışdı.