Niderlandlı üçün növbəti imkan

28.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ruud van Nistelroy İngiltərə premyer-liqasında işləmək imkanına malikdi.

Yerli mənbələrin xəbərinə görə, Stiv Kuperi istefaya göndərən “Lester” rəhbərliyi niderlandlı mütəxəssislə danışıq aparır.
Qeyd edək ki, Van Nistelroy Erik ten Haq istefaya göndəriləndən sonra “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью