Niderlandlıların Azərbaycana marağı artır

17.09.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Niderlandlıların Azərbaycana marağı artır.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, bu ilin I yarısında Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 60,1 milyon ABŞ dolları təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və yaxud 40,3 milyon ABŞ dolları çoxdur.

Yanvar-iyun aylarında Azərbaycaa birbaşa xarici investisiyalarıa Niderlandın payı 1,6 % olub.

Hesabat dövründə Azərbaycan isə Niderland iqtisadiyyatına 11,05 milyon ABŞ dolları yönəldib (il ərzində 6 dəfə artım), bu yatırımların ölkənin ümumi xarici investisiyalarındakı payı isə 0,2 % təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,666 milyard ABŞ dolları təşkil edib (il ərzində 13,8 % artımla), Azərbaycan isə xaricə 5 milyard ABŞ dolları investisiya yatırıb (3,7 dəfə artımla).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью