Niels Arestrup vəfat edib

01.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Fransız aktyor Niels Arestrup bu gün 76 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “France-Presse”-ə onun həyat yoldaşı və mətbuat katibi məlumat verib.

Aktyor Paris ətrafındakı Ville d’Avraydakı evində ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Aktyor “Ürəyim döyünməyi dayandırdı”, “Peyğəmbər”, “Onun adı Saradır”, “Döyüş atı”, “Orada əlvida”, “Van Qoq. Əbədiliyin astanasında” və s. filmlərdə rol alıb.

Niels Arestrup Fransa İncəsənət və Texnologiyalar Kinematoqrafiya Akademiyası tərəfindən “Ürəyim dayandı” və “Peyğəmbər” filmlərində ikinci planda ən yaxşı aktyor kimi iki dəfə “Sezar” mükafatına layiq görülüb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью