Niftulla Məmmədlinin xanımı vəfat etdi Yeni ana olmuşdu

10.01.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.

Belə ki, ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Niftulla Məmmədli daha əvvəl AZTV-də jurnalist kimi çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью