Nigar Alimova: Azərbaycanda sənədsiz evlərin sayı ilə bağlı inventarlaşdırma keçirməliyik

29.01.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililər var. Bu tikililərin statistikasını tam verə bilməməyimiz üçün sözsüz ki, geniş miqyaslı inventarlaşdırma işləri həyata keçirməliyik".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.

O bildirib ki, qeyri-yaşayış tikililəri üzrə müraciətlər nəzərə alınsa, qeyd olunan rəqəmdən 10 dəfə çox fərdi yaşayış tipli tikililərin mövcud olduğunu təxmin etmək olar.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью