Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31 ə tövfə verməyə çalışır

12.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Antalya, 11 noyabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti ilk gündən Türkiyənin COP31 sədliyinə köməklik göstərir. Həm müzakirələr səviyyəsində, həm “iqlim çempionu” komandamız olaraq, həm də təcrübə baxımından, iqlim sammitində bilavasitə iştirak edərək, COP31-ə tövfə verməyə çalışırıq.

Bunu AZƏRTAC-a açıqlamasında COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

Azərbaycan pavilyonunda təşkil edilən müzakirələri dəyərləndirən N.Arpadarai, noyabrın 12-də baş tutan sessiyada özəl sektorun iqlim prosesində iştirakı məsələsinin diqqət mərkəzində olduğunu qeyd edib.

“Bu gün COP31-də keçirilən maraqlı diskussiyada müxtəlif şirkətlərin rəhbərləri iştirak ediblər. Bu müzakirələr COP31-in məqsədləri ilə də üst-üstə düşür”, - deyən N.Arpadarai COP29 komandası olaraq vaxtı ilə həm özəl sektor, həm də qeyri-dövlət aktorları ilə yaxından əməkdaşlıq etdiklərini xatırladıb.

“O zaman mindən çox şirkət rəhbərini Bakıya dəvət edərək böyük biznes forumu keçirmişdik. Bununla yanaşı, üç il boyunca Bakı İqlim Fəaliyyəti Həftəsi təşkil etdik. Orada dövlət qurumlarının nümayəndələri ilə yanaşı, QHT, biznes və gənclərin iştirak etməsinə çalışdıq”, - deyə deputat qeyd edib.

Növbəti COP-un Afrikada keçiriləcəyini bildirən N.Arpadarai “Biz Efiopiya komandasına da yaxından kömək etməyi hədəfləyirik”, - deyə əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью