Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, "Avroviziya" mahnı müsabiqəsində ötən ilki təmsilçilərimizdən olan Fahree həmin mahnı müsabiqəsinə etiraz edib, haqsızlıq olduğunu bildirib.
Missiya.Az-ın məlumatına görə, "Avroviziya 2011" qalibi Nigar Camal isə Fahreenin fikirlərini tənqid edib.
”Bu, ən yumşaq ifadə ilə desək, qeyri-ciddi bir yanaşmadır. Boykot çağırışı etməkdənsə, daha yaxşısı budur ki, nələri düzəltmək olar, onu düşünək", - Nigar Camal qeyd edib.
Xatırladaq ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
Zərintac Mayisqızı
Missiya.Az