Nigar Fərhadın verlişi bağlandı

01.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Nigar Fərhadın “Kanal S”də yayımlanan “Sözün bitdiyi an” verlişinin yayımı sabahdan dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında “Kanal S”in Baş direktor müavini Ramin Mustafayev bildirib.
“Nigar Fərhad sabahdan etibarən efirdə yoxdur. Baş direktor bildirdi ki, onun verilişinin yayımı 02.04.2025 tarixindən dayandırılır”, - Mustafayev deyib.
Qeyd edək ki, aparıcı Nigar Fərhad sözügedən verilişdə “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Audiovizual Şura kanalın yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью