Nigar Köçərli “Bona Dea”nı məhkəməyə verir

23.01.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Təəssüf ki, şikayətimlə bağlı “LİV Bona Dea” Hospital “Liv Hospital” tərəfindən nəinki adekvat cavab verilmədi, əksinə, bizi yalan və böhtan yaymaqda ittiham edərək müxtəlif yollarla paylaşımın silinməsi üçün təzyiqlər göstərildi”.

Bakupost.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, şikayətləri ilə bağlı hospitaldan ona adekvat cavab verilməyib:

“Mənim istəyim çox sadə idi: ödədiyim vəsait müqabilində normal xidmətin göstərilməsi. Niyyətim kiminsə işdən çıxarılması və ya cəzalandırılması deyil, yalnız aydın cavab almaq idi:

- anesteziya niyə gecikdirilib?


- tibbi personal niyə mənimlə qəddar rəftar edib?


- pasiyentə bu laqeyd münasibətin səbəbi nədir?

Lakin klinika vəziyyəti aydınlaşdırmaq və üzr istəmək əvəzinə ittiham yolunu seçdi. Bu yanaşma məndə əlavə suallar doğurur: görəsən, həmin 6 saat ərzində içəridə nə baş verib ki, indi bunu ört-basdır etməyə çalışırlar?”.

N.Köçərli qeyd edib ki, milyonlarla vəsait xərclənərək dəbdəbəli xəstəxana tikilir, amma pasiyentə laqeyd yanaşılır:

“Xəstə haqqında yaxınlarına heç bir məlumat verilmir, vəziyyət izah olunmur və buraxılan səhvə görə üzr istənilmir.

Klinikanın bu münasibətini özümə qarşı açıq hörmətsizlik kimi qəbul edirəm və məsələni artıq hüquqi müstəvidə həll etməyi düşünürəm”.

Qeyd edək ki, N.Köçərli bir neçə gün öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью