Nigar Məmmədova şəhid ailəsini ziyarət etdi Yeni Gündəm

23.03.2025

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət etdi.

Abşeron rayonu Xırdalan şəhərinin Vətən müharibəsi şəhidi Vüsal Musayevin ailə üzvlərinə baş çəkdik. Vüsal Zakir oğlu Musayev 1996-cı il iyun ayının 12-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, 2020-ci il oktyabr ayının 13-də Füzuli rayonunun Ərgünəş dağında şəhidlik zirvəsinə ucalmışdır.

Onun döyüş yolu və yüksək vətənpərvərlik ruhunu əks etdirən qəhrəmanlıq hekayəsini xatırladıq, ölkəmizin ərazi bütövlüyü naminə fədakarlıq göstərmiş Vətən övladlarının xidmətlərini hörmətlə yad etdik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью