Nigar Mirzəliyeva: Davamlı olması üçün nə lazımdırsa, edəcəm

22.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Artıq bir neçə dəfə rəmzi heyətə düşmüşəm. Bu, mənim üçün sevindirici haldır. Düşünürəm oyunumla buna layiqəm. Davamlı olması üçün nə lazımdırsa, edəcəm". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin və "Zenit"in futbolçusu Nigar Mirzəliyeva deyib.
O, Rusiya Superliqasında 10-cu turun rəmzi komandasına düşməsi ilə bağlı sevincini bölüşüb:
"Rusiyada uğurlu çıxış etməyimin sirri yaxşı məşq etməyimdədir. Üzərimdə çox işləyirəm, inkişaf etməyə çalışıram. Futbola böyük həvəsim var və bu istək sayəsində uğurlu futbolçu olmağı bacarıram. "Zenit"lə 3 dəfə çempionluq hissi yaşamışam. Bu il çempionat bir az çətin başlayıb. Ciddi rəqabətlə üzləşirik. Yenə də bu mövsüm çempion olacağımızı düşünürəm. Liqadakı bütün oyunlara ciddi hazırlaşırıq".
Qeyd edək ki, 23 xala malik "Zenit" 3-cü pillədə qərarlaşıb. Mirzəliyeva Rusiya çempionatının 8-ci turunda da rəmzi komandada yer almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью