Nigar Mirzəliyeva Zenit lə Superkubokunun qalibi oldu

08.06.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nigar Mirzəliyeva "Zenit"lə Rusiya Superkubokunu qazandı

Azərbaycan qadın futbol millisinin üzvü Nigar Mirzəliyeva uğurlu çıxışını davam etdirir. O, Rusiya təmsilçisi "Zenit"in heyətində ölkə Superkubokunun qalibi olub.

BAKU.WS xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburqda keçirilən final qarşılaşmasında Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Görüşün start heyətində yer alan Mirzəliyeva matçın sonunadək meydanda qalıb və komandasının qələbəsində pay sahibi olub.

Qeyd edək ki, bu, "Zenit"in tarixində ikinci Rusiya Superkuboku tituludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью