Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 15 dekabr, AZƏRTAC
Niger hökuməti Fransa Beynəlxalq Radiosuna (RFİ) xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, RFİ Nigerə qarşı dezinformasiya kampaniyası aparmaqda ittiham edilir. Yaxın günlərdə radioya qarşı “genosidə təhrik” ittihamı ilə məhkəmədə iddia qaldırılacaq.
Qeyd edək ki, dekabrın 12-də Nigerdə BBC-nin yayımı 3 ay müddətinə dayandırılıb.