Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23.08.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” ekstremist qruplaşmasının lideri Bakura (İbrahim Mahamadu) ötən həftə Nigerin Diffa bölgəsində

Bu barədə Nider ordusunun bəyanatında deyilir.

"Avqustun 15-də Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi Bakuranın mövqelərinə üç dəqiq zərbə endirib", - bəyanatda qeyd olunur.

Bakuranın 2021-ci ilin may ayından "Boko Haram"a rəhbərlik etdiyi bildirilir. O, bu vəzifədə həmin vaxt öldürülmüş Abubakar Şekaunu əvəz etmişdi.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi terror aktlarında 40 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin qonşuları Kamerun, Çad və Nigerə ​​də hücumlar edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью